YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Antalyada Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü keçirilir

Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə Antalya şəhərində Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü işə başlayıb.

“Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” devizi altında keçirilən görüşdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlar Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Rəsmi məlumata görə, tədbirə 39 ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də olmaqla 350-dan artıq iştirakçı qatılıb.

Milli Məclisin sədri Oqtay Əsədovun çıxışının da nəzərdə tutulduğu görüş oktyabrın 11-dək davam edəcək.

Qeyd edək ki, Avrasiya ölkələri parlament sədlərinin iki il əvvəl Moskvada başlayan və ötən il Seulda davam etdirilən dialoqu artıq ənənəyə çevrilib. Azərbaycan bu prosesdə fəal iştirak edir.