YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR: İlin sonunadək Almaniya tərəfindən "Cənub Qaz Dəhlizi" layihəsinə 1,5 milyard dollaradək kredit cəlb ediləcək

Bu ilin sonuna kimi Almaniya tərəfindən "Cənub Qaz Dəhlizi" layihəsinə 1,5 milyard dollaradək kredit cəlb olunacaq.

Bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakıda keçirilən Alman-Azərbaycan biznes forumunda deyib.

"Cənub Qaz Dəhlizi böyük meqastruktur, ən uzun boru kəmərləri zənciridir. Bu dəhliz vasitəsilə Avropaya yeni mənbədən təbii qaz təmin edəcək. Almaniyanın "Uniper" şirkəti Azərbaycan təbii qazının alıcılarındən biridir. "Deutsche Bank" isə TAP layihəsinin maliyyələşdirilməsinin iştirakçısıdır. "Siemens" şirkəti də Azərbaycanda qaz boru kəmərləri üçün kompressor təminatında iştirak edir. Digər alman şirkətlərinin isə "Azərikimya" ilə müxtəlif əməkdalıq əlaqələri var", - deyə V.Bəylərbəyov qeyd edib

O bildirib: "Almaniya tərəfindən "Cənub Qaz Dəhlizi" layihəsinə 1,5 milyard dollaradək kreditin cəlb edilməsinə dair zəmanət verilib. Növbəti mərhələ olaraq zəmanətin verilməsinin təsdiq edilməsi nəzərdə tutulur. Bununla əlaqədar “Cənub Qaz Dəhlizi” QSC ilə Almaniya Federativ Respublikası adından çıxış edən “Hermes” şirkəti və aidiyyəti banklarla kreditin şərtləri ilə bağlı müvafiq danışıqlar aparır. Kreditin cəlbi bu ilin sonuna kimi yekunlaşacaq".

 

DİGƏR Xəbərlər Arxiv