YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Güclü müdafiə sənayesinin yaradılması Azərbaycanı gücləndirən amillərdən biridir

“Müasir dövrün reallıqları elədir ki, hər bir dövlətin gücü, beynəlxalq münasibətlər sistemindəki yeri və rolu həm də onların hərbi potensialı ilə ölçülür. Bu baxımdan qısa müstəqillik tarixində Azərbaycanın güclü müdafiə sənayesi yaratmağa nail olması böyük uğurdur”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, ölkəmiz güclü müdafiə sənayesi yaradıb.

“Müstəqil Azərbaycan özünün müdafiə sənayesini işğalçı Ermənistanla müharibə şəraitində yaradıb. Müdafiə təyinatlı məhsullar istehsal edən müasir müəssisələrin olmaması səbəbindən Azərbaycan əvvəllər öz Ordusunun təchizatını təmin etmək üçün silah-sursatı, hərbi texnikanı əsasən xaricdən almaq məcburiyyətində qalırdı ki, bu da böyük həcmlərdə valyutanın ölkədən çıxması demək idi. Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə ölkəmizdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb. Belə ki, yerli istehsalatların uğurlu fəaliyyəti nəticəsində artıq ordumuzun xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb. Bütövlükdə isə, güclü müdafiə sənayesinin yaradılması Azərbaycanı gücləndirən amillərdən biridir”-deyə, deputat qeyd edib.