YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Dövlətimiz dinə, milli mənəvi dəyərlərin qorunmasına yüksək qayğı göstərir

“Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim dini sahəyə, inanclı insanlara xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısı mütəmadi olaraq din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir, dini ibadət yerləri təmir-bərpa olunub inanclı insanların istifadəsinə verilir”. Bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.  

G.Baxşəliyeva bildirib ki, dini icmalara maliyyə yardımının ayrılması, Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması Prezident İlham Əliyevin dinə və dindarlara, eləcə də mənəvi dəyərlərimizə diqqət və qayğısının bariz nümunəsidir.
“İnsanlar, xüsusilə gənclər İslam dininin mahiyyətini anlamalıdırlar. Bunun üçün də oxumaq, dini bilgilərə yiyələnmək vacibdir. Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir. Ona görə də, ölkəmizdə bu sahədə bütün məsələlər normaldır”-deyə, G.Baxşəliyeva vurğulayıb.