YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Güzəştli kreditlərin 72 faizi aqrar sektorun payına düşür

Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərdiyi müddətdə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verib. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşüb.

“Bu ilin əvvəlindən isə sahibkarlara Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 113 milyon manat güzəştli kredit verilib. Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat məbləğində güzəştli kreditin verilməsi təmin ediləcək”-deyə, nazir müavini vurğulayıb.