YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunub

Bu gün Milli Məclisin iclasında 2018-ci ilin payız sessiyasında qanunvericilik işləri planı geniş müzakirə olunub. Müzakirələrdən sonra qanunvericilik işləri planı təsdiqlənib. 

Payız sessiyasının qanunvericilik işləri  planına Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təqdim etdiyi qanun layihələri, "Azərbaycan Respublikasnının Dövlət bayrağı haqqında, "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında", "Azərbaycan Respublikasının Dövlət himni haqqında", “Konstitutsiya qanunu layihələri, "Standartlaşdırma haqqında",  "Kabel şəbəkəsi haqqında", "Kinematoqrafiya haqqında", "Azərbaycan muğam səntinin qorunması və inkişaf etdirilməsi haqqında”, "Yazılı abidələr haqqında" və digər qanun layihələri daxildir.

Bundan əlavə, işlər planına Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi ilə bağlı layihələr daxil edilib.