YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycan diplomatiyası növbəti uğurunu qazandı

“Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir. Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 27-də Azərbaycana səfəri yüksək səviyyədə baş tutdu. Bu, Vladimir Putinin Azərbaycana son 5 il ərzində 4-cü səfəri, son 1 ayda isə Azərbaycan Prezidenti İlham Əliyevlə  ikinci görüşü idi”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, cənab Putinin səfəri əvvəlcədən elan edildiyi kimi Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatını izləmək və IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasiminə qatılmaq olsa da, təbii ki, bu səfərdə və səfər zamanı iki dövlət başçısının keçidiyi təkbətək görüşdə digər bir sıra mühüm məsələlər də müzakirə mövzusu oldu. Dövlət başçıları münasibətlərin yüksək səviyyəsindən, əldə edilən iqtisadi, siyasi, ticari, mədəni-humanitar uğurlardan, onların davam etdirilməsdindən, əlaqlərin gələcək inkişafından bəhs ediblər. Ən əsası bu qarşılıqlı mübasibətlərin və əlaqələırin hər iki xalqın və dövlətin mənafelərinə cavab verməsindən məmnunluq ifadə olunub.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində vacib rol oynayır. Onun sözlərinə görə,  işğalçı Ermənistanın yeni hakimiyyəti Rusiyaya qarşı səmimi deyil. Buna görə də, Rusiyanın bu münaqişənin ədalətli həlli istiqamətində səylərinin artıracağı gözləniləndir.  

“Ermənistanın avantürist baş naziri Paşinyan BMT-nin ali kürsüsündən erməni mahiyyətinə uyğun çıxış etdi. Hər bir sülhsevər dövlət bu çıxışı pisləməlidir. Paşinyan artıq özünün avanturist mövqeyindən geri çəkilməkdədir. Tacikistanda keçirilən MDB dövlət başçılarının sammitində bu fakt özünü göstərdi. Bildiyiniz kimi sammit çərçivəsində Prezident İlham  Əliyevlə Ermənistanın baş naziri söhbət ediblər.  Söhbət zamanı təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması, danışıqlar prosesinin davam etdirilməsi qərara alınıb. İndiyə qədər Paşinyan Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirakından danışırdı. Artıq Azərbaycanın güclü mövqeyi nəticəsində o, öz mövqeyindən geri çəkildi. Bu fakt Azərbaycan diplomatiyasının növbəti uğurudur”-deyə, E.İbrahimov vurğulayıb.