YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Azərbaycan regionda söz sahibi kimi üstün mövqedədir

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın hökumət rəhbəri arasında Düşənbədə keçirilən görüşlərin nəticəsi diplomatiyamızın növbəti uğurudur. Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə “DQR”-in danışıqlarda üçüncü tərəf kimi çıxış etməsinə səy göstərirdi. Sonra o, öz təcrübəsizliyini boynuna aldı və əvvəllər səsləndirdiyi bəyanatları təkzib etdi. Yəni, münaqişə tərəfi olaraq Ermənistanın və Azərbaycanın danışıqlar masasına oturmasına razılaşdı”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Azərbaycan artıq regionda söz sahibi kimi üstün mövqedədir. Onun sözlərinə görə, ölkəmizin Rusiya ilə münasibətlərnin yüksək səviyyədə olması Dağlıq Qarabağ münaqişəsinin gələcəkdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə müsbət təsir göstərəcək.

 “Azərbaycandan fərqli olaraq Ermənistanın hazırkı hakimiyyəti Rusiya ilə münasibətlərə önəm vermir. Bu da Paşinyanın təcrübəsiz siyasətçi olmasından qaynaqlanır. Hətta İrəvanla Moskva arasındakı soyuqluğu indi aydın müşahidə etmək mümkündür. Bundan fərqli olaraq Azərbaycanla Rusiya əlaqələri son bir ildə çox sürətli inkişaf yolu keçdi. İki ölkənin prezidentləri bu müddət ərzində dörd dəfə bir araya gəldi. Tərəfdaşlıq və əməkdaşlıq sənədləri imzalandı. Hətta Ermənistanla Rusiyanın münasibətləri əməkdaşlıq əlaqələri kimi təqdim olunsa da, bu birtətəfli və Rusiyanın dominantlığı üzərində qurulan münasibətlərdir. Amma rəsmi Bakı ilə Moskva arasındakı münasibətlər artıq əvvəlki əməkdaşlıq formatından da bir mərhələ üstədir. Artıq ölkəmiz regionda Rusiyanın ən yaxın tərəfdaşına çevrilməkdədir. Rusiya Prezidenti Vladirmir Putinin Azərbaycana səfəri, Azərbaycan-Rusiya Ticarət Forumunda iştirak etməsi, oradakı nitqi şimal qonşumuzun öz seçimində Azərbaycana üstünlük verdiyini bir daha  söyləməyimizə əsas verir. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə böyük ümidlər yaradır. Güman edirəm ki, bundan sonrakı sülh danışıqları prosesində də Azərbaycan öz üstünlüyünü davam etdirəcək”-deyə, S.Əliyeva qeyd edib.