YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan-Çin əlaqələri qədim tarixə və xoş ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsinə mühüm təsir göstərir.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.”