YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksey Repik: İmzalanmış saziş Azərbaycan və Rusiya sahibkarlarının dialoquna yeni sistem formatı verir

IX Azərbaycan-Rusiya Regionlararası Forumun gündəliyində ikitərəfli iqtisadi əməkdaşlıq, Azərbaycan və Rusiya şirkətləri arasında qarşılıqlı əlaqə məsələləri var. Bugünkü forum əlamətdar bir tədbirlə - Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının ilk birgə iclası ilə başlanıb.

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik bu fikri jurnalistlərə müsahibəsində söyləyib.

A.Repik qeyd edib ki, dövlətlərimizin liderləri iki ölkənin regionları, şirkətləri və bütövlükdə ölkələr səviyyəsində əməkdaşlıq, hökumətlərarası komissiyanın işində hər iki ölkənin federal icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyətinin yeni formatı sayəsində yaranmış yeni perspektivləri, imkanları və ambisiyaları dəqiq göstəriblər. Budəfəki saziş Azərbaycan və Rusiya sahibkarlarının dialoquna yeni sistem formatı verən institusional çərçivədir. Bu formatın səmərəliliyi çoxdan sübut olunub. Sahibkarlıq mədəniyyəti ilə məşhur olan ölkələrimiz yeni istiqamətləri inkişaf etdirməyə, həm Rusiyada, həm də Azərbaycanda vətəndaşlarımızın həyat keyfiyyətinin artırılması sahəsində liderlərimizin qarşıya qoyduğu vəzifələrə maksimum uyğun gəlməyə hazırdır. Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuraları əsas mahiyyəti logistika və nizamlama sahəsində ümumi problemlərin həllinə kömək etməkdir.

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri qeyd edib ki, biz bu sazişin köməyi ilə bir-birimizin mənafelərini təmsil etməli, azərbaycanlı tərəfdaşlarımızın Rusiyada üzləşdiyi məsələləri mədəni, sivil təcrübə çərçivəsində həll etməyə imkan yaratmalıyıq. Aleksey Repik sonda deyib: “Mən çox ümid edirəm ki, Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuraları arasında əməkdaşlıq haqqında imzalanmış saziş müddətsiz olacaq. Bizim məqsədimiz rusiyalı sahibkarlar tərəfindən Azərbaycan bazarı üçün və azərbaycanlı sahibkarlar tərəfindən Rusiya bazarı üçün təkliflərin çeşidini maksimum dərəcədə artırmaqdır”.

Qeyd edək ki, Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuraları arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik imzalayıblar.

 

DİGƏR Xəbərlər Arxiv