YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya dövlət agentliyi: Xəzər dənizində çox perspektivli kruiz marşrutu yaradıla bilər

Xəzər dənizində indiyədək turizm tarixində olmamış çox perspektivli kruiz marşrutu yaradıla bilər.

Bunu Rusiyanın Turizm üzrə Federal Agentliyinin sədri Oleq Safonov Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən "Turizm sahəsində əməkdaşlığın inkişafı" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı deyib.

O.Safonovun sözlərinə görə, hazırda dünyada kruiz turizmi yüksək sürətlə inkişaf edir: “Kruiz turizminin liderləri yeni marşrutların yaranmasında maraqlıdır. Fikrimcə, bizim əsas hədəfimiz kruiz turizminin liderlərini əməkdaşlığa cəlb etməkdir”.

O əlavə edib ki, bu layihəyə Azərbaycan, Rusiya, Qazaxıstan və İran müsbət yanaşır.