YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəbbət Vəliyeva: Hər bir uğurlu təhsil sistemi modern təhsil infrastrukturuna əsaslanır

“Hər bir uğurlu  təhsil sistemi modern təhsil infrastrukturuna əsaslanır. Bu mənada ölkəmizdə təhsil infrastrukturunun yaxşılaşdırılması üzrə mühüm tədbirlər görülüb”. Bu fikri yap.org.az saytına təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

 M.Vəliyeva bildirib ki, ölkəmizdə təhsilin  inkişafına yönəlmiş infrastruktur sosial layihələr ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Yeni tədris ili ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Meysəri kənd tam orta məktəbinin yeni binasının və İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışlarında iştirak ediblər.  Bundan əlavə,  Bakı və onun qəsəbələrində bir neçə məktəb binası  yenidənqurmadan və təmirdən sonra istifadəyə  verilib. Respublikanın bir sıra rayonlarında yeni məktəb binaları inşa olunub.  Məktəblər yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.
 “Son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91 faiz) regionların payına düşür. Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ötən il respublikanın 40-dan çox bölgəsində qəzalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Görülən işlərin davamı olaraq bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə veriləcək.  

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Təhsil Nazirliyi regionlarda təhsilin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirib. Nəticədə təhsilin inkişaf dinamikasında regionların göstəriciləri əhəmiyyətli dərəcədə artıb ki, bu da ötən tədris ilinin mühüm nəticələrindən hesab oluna bilər. Nazirlik tərəfindən ümumtəhsil məktəb şagirdlərinin təlim nailiyyətlərinə nəzarətin gücləndirilməsi sayəsində bölgələrdə ümumi təhsil göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali məktəblərə qəbulun nəticələrində əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər müşahidə edilib. Şübhəsiz ki, ölkə təhsili üçün ən əhəmiyyətli prioritet keyfiyyətli təhsil təminatının davamlılığına nail olmaqdır. Bu gün təhsil ocaqlarımızda yaradılan müsbət mənəvi-psixoloji mühit, təhlükəsiz iş şəraiti, yaradıcı fəaliyyət atmosferi, rəhbər işçilərin və müəllimlərin vəzifə funksiyalarına məsuliyyətli münasibəti, məktəb-valideyn əlaqələrinin pedaqoji əməkdaşlıq əsasında qurulması, şagirdlərə diqqət, qayğı, məhəbbətlə yanaşılması, ən başlıcası isə hər bir uşağa onun gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün gərəkli şəxsiyyət olacağı düşüncəsinin aşılanması keyfiyyətli təhsilin əsasını təşkil edir”-deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv