YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Rusiya dəniz nəqliyyatı sahəsində əməkdaşlığa dair yeni sənədlər imzalayacaqlar

Azərbaycan və Rusiya dəniz nəqliyyatı sahəsində əməkdaşlığa dair iki yeni sənəd imzalayacaqlar.

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində nəqliyyat və tranzit daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusunda “dəyirmi masa”da məlumat verib.

Nazir xatırladıb ki, Azərbaycan ilə Rusiya arasında zəruri normativ-hüquqi baza yaradılıb, avtomobil, dəmiryol və hava nəqliyyatına dair hökumətlərarası sazişlər imzalanıb. Hazırda ticarət gəmiçiliyinə dair sazişlərin layihələrinə baxılır.

“Dəyirmi masa”da çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biri sürətlə inkişaf etməkdə olan tranzit-nəqliyyat əməkdaşlığıdır. Bu sahədə əməkdaşlıq ölkələrimiz arasında və beynəlxalq miqyasda yükdaşımaların artmasına kömək edəcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Şimal-Cənub” layihəsinin inkişafından söhbət açaraq bildirib ki, Azərbaycan tərəfi Astara (İran) ərazisində terminal inşa edib, bu terminaldan artıq 195 min ton yük daşınıb. Həmin terminal işə düşənədək müvafiq dövr ərzində yolun həmin hissəsində cəmi 1700 ton yük daşınmışdı.

“Dəyirmi masa” iştirakçıları nəqliyyat sahəsində əməkdaşlığın inkişafı mexanizmlərini, yükdaşımaların genişlənməsi perspektivlərini, iki ölkə arasında yüklərin çatdırılmasını yaxşılaşdırmaq yollarını müzakirə ediblər.