YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaxın iki ayda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

Yaxın iki ayda yeni tərkibdə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək.

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumunda məlumat verib.

Hazırda Rusiya-Azərbaycan iqtisadi münasibətlərində yenilənmə prosesi getdiyini qeyd edən nazir bildirib ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında qarşılıqlı fəaliyyətin xüsusi mexanizmi yaradılıb. Bu mexanizm çərçivəsində ticarətdə əngəllərin aradan qaldırılması üzrə iş aparılır.

M.Oreşkin deyib: “Qarşılıqlı biznes əlaqələrini daha da fəallaşdırmaq üçün iki ölkənin işgüzar şuralarının fəaliyyət formatı yenilənib. Bütün bu addımlar Rusiya ilə Azərbaycan arasında ən müxtəlif sahələrdə - kənd təsərrüfatı, nəqliyyat, energetika və maliyyə sahəsində ticari-iqtisadi əlaqələrin genişlənməsinə gətirib çıxaracaq”.

 

DİGƏR Xəbərlər Arxiv