YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəqliyyat sahəsində Azərbaycan-İran əlaqələri müzakirə edilib

Nəqliyyat sahəsində Azərbaycan-İran əlaqələri müzakirə olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə ilə görüşüb.

Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev İranın Əhvaz şəhərində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığı verib.

Azərbaycan-İran əlaqələrindən danışan Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində xeyli işlər görüldüyünü və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir. Qarşılıqlı səfərlər və keçirilən görüşlər dəmir yolu sahəsində də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

İranın Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı istiqamətində İran tərəfindən görülən işlər barədə məlumat verib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və İranın Ərdəbil əyalətinin valisi Əkbər Behmanın da iştirak etdiyi görüşdə Azərbaycan-İran iqtisadi əlaqələrinə, İranın Ərdəbil vilayəti ilə iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsinə, eləcə də nəqliyyat sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv