YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir İnam Kərimov: Aqrar sahənin inkişafının təmini müasir və innovativ texnologiyaların tətbiqi ilə bağlıdır

Azərbaycan son illər aqrar sahədə mühüm irəliləyişlərə nail olub və bu nümunəvi xarakter daşıyır. Dövlətimiz tərəfindən bu istiqamətdə konkret strategiya müəyyən edilib.

Bu barədə sentyabrın 24-də Azərbaycanda dayanıqlı ərzaq və kənd təsərrüfatının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması (DİM) töhfəsinin sürətləndirilməsi mövzusuna həsr edilən Milli Seminarda kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi bu strategiyanın həyata keçirilməsində əsas dövlət qurumlarından biridir və nazirlik hazırda bu sahədə qarşısında qoyulan vəzifələrin icrası ilə məşğuldur.

İ.Kərimov bildirib ki, nazirliyin əsas məqsədlərindən biri də respublika əhalisinin ərzaq təhlükəsizliyinə nail olmaq, qidalandırmanı yaxşılaşdırmaq, kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək, eyni zamanda, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdir.

Nazir, həmçinin vurğulayıb ki, bugünkü gündə aqrar sahənin inkişafının təmini müasir və innovativ texnologiyaların tətbiqi ilə bağlıdır.