YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Azərbaycanla Türkiyənin münasibtələri yüksələn xətlə davam edir

“Azərbaycanla Türkiyənin münasibtələri yüksələn xətlə davam edir. Münasibətlərimiz hazırda ən yüksək zirvədədir”. Bu fikirləri Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi parlamentlərin də geniş əlaqələri mövcuddur. Onun sözlərinə görə, qarşılıqlı fəaliyyət  əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

 “Bütövlükdə, türkdilli dövlətlər arasında münasibətlərin daha da güclənməsi xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə ardıcıl olaraq məqsədyönlü və önəmli addımlar atılır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, TÜRKPA-nın  fəaliyyəti də bu prosesin tərkib hissəsidir. Sevindirici haldır ki, artıq türk dövlətləri tərəfindən yaradılmış təşkilatlar beynəlxalq miqyasda özlərini tanıtmaqdadır. Bu, çox vacib məsələdir. Çünki qloballaşan dünyada türk xalqlarının birliyinin güclənməsi olduqca zəruridir”-deyə Ə.Əmiraslanov vurğulayıb.