YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir

Sentyabrın 20-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri xanım Tsveta Karayançevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov görüşdə ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixindən danışıb. Bildirib ki, Azərbaycan-Bolqarıstan münasibətləri inkişaf edir. O, Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafında dövlətlərimizin başçılarının rolunu və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb və bu səfərin əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvar olduğunu qeyd edib.

Xanım Tsveta Karayançeva Azərbaycan və Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının məmnunluq doğurduğunu söyləyib. O bildirib ki, bu əməkdaşlıq dövlətlərimizin və xalqlarımızın daha da yaxınlaşmasına şərait yaradıb. Milli Assambleyanın sədri birgə fəaliyyətin öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv