YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti neft sənayesi işçilərini təltif edib

Azərbaycan Prezidenti neft sənayesi işçilərini təltif edib.

Prezident İlham Əliyev sentyabrın 19-da “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə bir nəfər “Şöhrət” ordeni ilə, bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, beş nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 51 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.

Ölkə başçısının “Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında” imzaladığı Sərəncama əsasən ölkədə neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə altı nəfərə “Əməkdar mühəndis”, bir nəfərə “Əməkdar müəllim” fəxri adı verilib.

Bundan başqa, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” imzaladığı Sərəncamla respublikada neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə dörd nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

 

DİGƏR Xəbərlər Arxiv