YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Sentyabrın 15-də Bakıda keçirilən hərbi parad öz möhtəşəmliyi ilə müasir tariximizə qızıl hərflərlə yazıldı

“Sentyabrın 15-də Bakıda keçirilən hərbi parad öz möhtəşəmliyi ilə müasir tariximizə qızıl hərflərlə yazıldı. Bu hadisə həm də, Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq və həmrəylik nümunəsidir”. Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov  bildirib ki,  15 sentyabr 1918-ci ildə Azərbaycanın Milli Ordusunun Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsi tarixi hadisədir. Xalqımız öz şanlı tarixinin qürur dolu və parlaq səhifələrindən biri olan Bakının erməni-bolşevik qüvvələrinin işğalından azad edilməsinin 100 illiyini böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd edir. 

“Azərbaycan Milli Ordusu ilə Qafqaz İslam Ordusunun Azərbaycanda 100 il öncə apardığı uğurlu döyüşlərin tam təfsilatının öyrənilməsinə və təbliğinə, bu qəhrəmanlıq örnəyinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün əyani vəsaitə çevrilməsinə xüsusi diqqət yetirilməkdədir. Beləliklə, tariximizin ən şanlı səhifələrindən olan bu möhtəşəm zəfər Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi və təntənəsi, qürur və iftixar mənbəyidir. Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir. Sevindirici haldır ki, ölkəmizdə məhz bu ruhda gənc nəsl formalaşıb. Sağlam, intellektual, güclü vətənpərvərlik ruhuna malik gəncliyi olan ölkəmiz hər bir sahədə möhtəşəm nailiyyətlər qazanmağa qadirdir. Gün gələcək bu gənclik Ali Baş Komandanın əmri ilə qısa zamanda torpaqlarımızı erməni işğalından azad edəcək”-deyə, S.Orucov vurğulayıb.