YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Milli Məclisin payıs sessiyasında səhiyyə sahəsində bir sıra qanunların müzakirəsi nəzərdə tutulur

“Milli Məclisin payıs sessiyasında səhiyyə sahəsində bir sıra qanunların müzakirəsi nəzərdə tutulur”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” və “Psixoloji yardım haqqında” qanun layihələri parlamentin plenar iclasına təqdim oluna bilər.

“Həmçinin, “Orqan və toxumaların transplantasiyası haqqında” qanuna əlavə və dəyişikliklər də bu payız sessiyasında komitədə müzakirə olunaraq Milli Məclisə tövsiyə edilə bilər. Məlum olduğu kimi, gələn ildən icbari tibbi sığortanın ölkəmizdə daha geniş şəkildə tətbiq edilməsi nəzərdə tutulur. Bu məqsədlə qanunvericilikdə hüquqi bazanın genişləndirilməsinə ehtiyac var. Bu baxımdan, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə dinləmə keçirilməsi və “Tibbi sığorta haqqında” qanuna əlavə və dəyişiklik edilməsi məsələsi də payız sessiyasında gündəlikdə olacaq layihələrdəndir”-deyə, M.Quliyev qeyd edib.