YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hər bir sahədə uğurla inkişaf edir

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov sentyabrın 19-da Türkiyə Böyük Millət Məclisi (TBMM) xarici işlər komissiyasının rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ziyafət Əsgərov Azərbaycan ilə Türkiyə arasında çox yaxşı əlaqələrin olduğunu və bu əlaqələrin sürətlə inkişaf etdiyini söyləyib. Sentyabrın 15-də Bakının azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakının önəmini qeyd edən Ziyafət Əsgərov bunun birliyimizi sarsıtmaq istəyən qüvvələrə bir mesaj olduğunu qeyd edib. O, 100 il əvvəl olduğu kimi, 1990-cı illərin əvvəllərində də müstəqilliyimizi tanıyan ilk dövlətin məhz Türkiyə olduğunu vurğulayıb.

Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri hər bir sahədə davam edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və TANAP layihəsinin həyata keçirilməsinin təkcə iqtisadi yox, həm də siyasi və mənəvi-psixoloji əhəmiyyətinin olduğunu qeyd edən Ziyafət Əsgərov bu layihələrin Türkiyə və Azərbaycan dövlətlərinin, xalqlarının daha da yaxınlaşmasına töhfə verdiyini deyib.

Görüşdə Ziyafət Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı danışıb.

TBMM-in xarici işlər komissiyasının sədri Volkan Bozkır Azərbaycana növbəti səfərdən məmnunluqlarını qeyd edib. O, qardaş ölkələrimiz arasında münasibətlərin inkişafının qürur doğurduğunu vurğulayıb. Volkan Bozkır münasibətlərimizin bütün dünyaya gözəl örnək olduğunu deyib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.