YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası  Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, partiya fəalları və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Sonra tədbir YAP Xəzər rayon təşkilatının inzibati binasında davam edib. Çıxış edən  YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov rayon partiya təşkilatının yaranma tarixindən, keçən illər ərzində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.

Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov əlamətdar hadisə münasibətilə Xəzər rayon təşkilatının üzvlərini təbrik edib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını deyən S.Novruzov ötən dövr ərzində partiyanın şərəfli yol keçdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  Yeni Azərbaycan Partiyası böyük nailiyyətlər qazanır. 700 min nəfərdən çox insanı öz ətrafında birləşən partiyamız Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.

YAP Xəzər rayon təşkilatının partiyanın nümunəvi yerli strukturlarından biri olduğunu deyən S.Novruzov təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.  

Tədbirdə həmçinin, Xəzər rayon İcra Hakimiyyətinin başçisi Gülağa İslamov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev,  YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva və təşkilatın Gənclər Birliyinin sədri Məxmər Rüstəmova çıxış ediblər. Çıxış edənlər tədbir iştirakçılarını yubiley münasıbəti ilə təbrik edərək YAP Xəzər rayon təşkilatının yaranma tarxi, inkişafı və əldə etdiyi uğurları qeyd edərək, eyni zamanda partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışıblar.

Sonda YAP Xəzər rayon təşkilatının yaranmasında və inkişafında göstərdikləri fəallığa görə bir qrup partiya üzvü Fəxri fərmanla və qiymətli hədiyyələrlə təltif olunub. Həmçinin, YAP sıralarına yeni üzv olmuş gənclərə partiya üzvülük vəsiqələri təqdim edilib.