YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür

“Bakı şəhərinin erməni-daşnak və azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının tərənnümüdür”. Bu fikri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki,  Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı dünya üçün nümunə təşkil edir. Onun sözlərinə görə, 15 sentyabr 1918-ci ildə Azərbaycanın Milli Ordusunun Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşevik qalıqlarından azad etməsi tariximizin ən mühüm və şərəfli səhifələrindən biridir. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakının işğalçılardan azad edilməsində böyük cəsarət nümayiş etdirib, onun tərkibində döyüşən yüzlərlə türk əsgər şəhidlik zirvəsinə yüksəlib.

“Azərbaycan xalqı türk əsgərlərin bu qəhrəmanlıqlarını heç vaxt unutmayıb və unutmayacaq. Bu tarixi zəfər, yəni 100 il əvvəl Bakının erməni-daşnak, eser-menşevik və bolşevik qalıqlarından azad edilməsi Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının nümunəsidir. Hərbi paradda dövlət başçılarının qeyd etdiyi kimi bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir. Türkiyə və Azərbaycan nəinki regionda, eyni zamanda, beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələrdir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir. Hər iki dövlətin münasibətləri davamlı olaraq inkişaf etməkdədir” - deyə, S.Əliyeva vurğulayıb.