YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: 100 il öncə sentyabrın 15-də baş vermiş hadisənin Azərbaycan tarixində çox böyük əhəmiyyəti var

“Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsi mühüm tarixi hadisədir”. Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı  Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, XX əsrin əvvəlində - çox mürəkkəb tarixi şəraitdə Osmanlı imperiyasının Azərbaycana hərbi yardımı Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun timsalında həyata keçirilib. Sovet dövründə bu önəmli tarix həmişə gizlədilir, Nuru Paşanın adı heç bir mənbədə çəkilmirdi. Lakin Azərbaycan xalqına qarşı soyqırımını həyata keçirən Stepan Şaumyana Bakıda heykəl qoyulmuşdu. Amma bu gün Azərbaycan müstəqil ölkədir, tarixi həqiqətlər olduğu kimi deyilir, yazılır, göstərilir.

“100 il öncə sentyabrın 15-də baş vermiş hadisənin Azərbaycan tarixində çox böyük əhəmiyyəti var. Qafqaz İslam Ordusunun rəşadətli döyüş yolu bu gün müstəqil dövlət kimi varlığını sürdürən Azərbaycanın və Türkiyənin tarixi bağlarını yaşadan qəhrəmanlıq salnaməsidir”-deyə, Y.Mahmudov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv