YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: 15 sentyabr Azərbaycan tarixinin ən yadda qalan, xalqımızın taleyində xüsusi təqvim kimi qeyd olunan gündür

“15 sentyabr Azərbaycan tarixinin ən yadda qalan, xalqımızın taleyində xüsusi təqvim kimi qeyd olunan gündür. Çünki, 1918-ci ilin sentyabrın 15-də Bakı erməni işğalçılarından azad edilib”. Bu fikirləri  Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, bu tarix ümumi görünüşdə bir şəhərin işğaldan azad olunması, işğalçının məğlubiyyətini ifadə edə bilər: “Lakin məsələnin mahiyyətinə baxdıqda, onun məntiqi dərin köklərə bağlıdır. Burada təkcə Bakının erməni işğalından azad edilməsi deyil, bütün millətin azad edilməsi, müstəqilliyinin əldə edilməsi, xalqın taleyində yeni prosesin başlanması, Şərq islam aləmində elan olunan Demokratik Cümhuriyyətin kağız üzərindən real həyata köçürülməsi idi”.

Millət vəkilinin  sözlərinə görə, əgər Qafqaz İslam ordusu Bakını erməni işğalçılarından azad etməsəydi, ola bilərdi ki, indiki nəsil yalnız “1918-ci ilin may ayının 26-da Azərbaycanın istiqlalı haqqında bəyannamə qəbul edilib” ifadəsini işlədəcəkdi: “ Bu, bir tarixi fikir olaraq qalacaqdı. Lakin Bakının işğaldan azad olunması Azərbaycan Cümhuriyyətinin Bakıya köçməsi elan olunan İstiqalal Bəyannaməsinin real həyata keçirilməsi idi. Bundan sonrakı 23 ay indiki Azərbaycanın var olmasında mühüm rola malik oldu. Bugünkü Azərbaycan o dövrün varisidir”.

DİGƏR Xəbərlər Arxiv