YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arzu Əliyeva Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamında iştirak edib

Sentyabrın 14-də Bakı Media Mərkəzi “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq Muzeyində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamı təşkil edib.

Bakı Media Mərkəzindən bildirilib ki, Bakcell şirkətinin sponsorluğu ilə baş tutan tədbirdə Mərkəzin prezidenti Arzu Əliyeva, kino və musiqi xadimləri, rəsmi nümayəndələr və başqa qonaqlar iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan kinosunun 120 illiyini qeyd etmək, kino yaradıcılığının xalqın mədəni-mənəvi həyatında və Azərbaycanın zəngin mədəniyyət salnaməsində oynadığı rolu bir daha vurğulamaq, eləcə də musiqinin filmlərin mühüm komponenti olmasını qabartmaqdı.

Tədbirdə Azərbaycan kinosunun keçdiyi tarixi yola qısa nəzər salınıb və Bakı Media Mərkəzinin fəaliyyət göstərdiyi 5 il ərzində müasir Azərbaycanın sənədli filmlərinin salnaməsinin yaradılması işinə verdiyi töhfələrdən də danışılıb. Mərkəzin istehsal etdiyi filmlərin Azərbaycan tarixini, mədəniyyətini və multikulturalizm dəyərlərini özündə əks etdirdiyi bildirilib, eyni zamanda bu filmləri Azərbaycanda və dünyada rəsmi rəqəmlərə görə, 60 milyondan çox tamaşaçının izlədiyi qeyd olunub.

Musiqili gecədə Azərbaycanın görkəmli bəstəkarlarının filmlər üçün bəstələdiyi musiqi əsərləri yeni aranjemanda təqdim olunub. Eyni zamanda, filmlərdən olan görüntülər proyeksiya vasitəsilə xüsusi hazırlanmış video-kontentlə Şirvanşahlar Saray Kompleksinin divarlarında nümayiş etdirilib.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Son iclas” və digər filmlər yer alır.