YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Təhsil infrastrukturu quruculuğu ölkəmizin ən ucqar bölgələrini əhatə edir

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda  həyata keçirilən dövlət siyasətində təhsilin inkişafı prioritetdir. Son illər respublikamızda  minlərlə yeni məktəb binasının inşası, mövcud təhsil müəssisələrinin isə müasir səviyyədə yenidən qurulması geniş vüsət alıb”. Bu fikirləri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, təhsil infrastrukturu quruculuğu ölkəmizin  ən ucqar bölgələrini də əhatə edir. Bütün bunlarla yanaşı, Azərbaycanda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi istiqamətində də mühüm işlər görülür.

“Bu faktlar sübut edir ki, insan kapitalının formalaşmasında müstəsna rola malik olan təhsil sahəsinin inkişafına ölkəmizdə ən yüksək səviyyədə diqqət göstərilir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Bütün bunlar isə gənc nəslin bilikli, savadlı və intellektual səviyyədə yetişməsində mühüm rol oynayır”-deyə, deputat qeyd edib.