YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır

«Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır». Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir. Onun sözlərinə görə, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan uğurlu və səmərəli xarici siyasət həyata keçirir və ölkəmizın beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir.

«Azərbaycan regional əməkdaşlıq və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirir və mühüm əhəmiyyət verir. Ölkəmizin Rusiya ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafı da regional əməkdaşlıq və təhlükəsizliyə əhəmiyyətli töhfədir. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri bu münasibətlərin daha da inkişafı və dərinləşdirilməsi baxımından strateji önəm kəsb edir. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin də diqqət mərkəzində olması xüsusilə qeyd edilməlidir. Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaxından iştirak edir. Şübhəsiz ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin nizamlanmasında səylərini bundan sonrada davam etdirəcək» - deyə, deputat qeyd edib.