YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Zirvə görüşü türkidilli ölkələr arasında əlaqələri daha da gücləndirəcək

«Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir». Bu fikri YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, ümumilikdə Azərbaycan türk ölkələri arasında əlaqələrin daha da güclənməsinə maraqlıdır. Onun sözlərinə görə, Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb.  

«Türk xalqlarını  tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana  səfəri zamanı aparılan müzakirələr bu faktı bir daha təsdiqləyir. Vacib məqamlardan biri də odur ki, beynəlxalq müstəvidə də hər zaman türkdilli dövlətlər bir-birini fəal surətdə dəstəkləyir. Hesab edirəm ki, VI Zirvə görüşü türkidilli ölkələr arasında əlaqələri daha da gücləndirəcək»- deyə, S.Fətəliyeva vurğulayıb.