YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycan Rusiya ilə fəal qonşuluq, tərəfdaşlıq siyasəti həyata keçirir

«Azərbaycan  Rusiya ilə fəal qonşuluq, tərəfdaşlıq siyasəti həyata keçirir». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, Azərbaycan ilə Rusiya enerji, nəqliyyat, ticarət, iqtisadiyyatın bir çox sahələrini əhatə edən əməkdaşlığa malikdir. Onun sözlərinə görə, əlaqələrin inkişafı baxımından Prezident İlham Əliyevin Rusiyaya səfəri, səfər zamanı aparılan müzakirələr və imzalanan sənədlər böyük əhəmiyyətə malikdir.

«Eyni zamanda, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Məlumdur ki, Rusiyanın işğalçı Ermənistana təsir imkanları böyükdür. Bunun nəticəsində də Dağlıq Qarabağ münaqişəsinin həllində sülhə nail olmaq mümkündür. Dövlət başçısının Rusiya səfəri Ermənistanda böyük narahatçılığa səbəb olub. İşğalçı ölkədə qeyri-müəyyən vəziyyət və Rusiya ilə problemlərin olduğu halda, Azərbaycanla-Rusiya arasında münasibətlərin daha da inkişaf etməsi onların daxili siyasi proseslərinə də təsirsiz ötüşmür»-deyə, komitə üzvü qeyd edib.