YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü bir sıra mühüm məqamlarla yadda qaldı

«Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü bir sıra mühüm məqamlarla yadda qaldı. Zirvə görüşündə dövlət başçıları tərəfindən önəmli bəyanatlar verildi». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, türk xalqları arasında birliyin güclənməsi tarixi bir zərurətdir. Onun sözlərinə görə, dünyada mürəkkəb proseslərin hökm sürdüyü şəraitdə bu birlik öz əhəmiyyətini daha da aktuallaşdırır.

«Uzun illərdir ki,  türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsi istiqamətində addımlar atılmağa başlayıb və bir sıra ciddi nəticələr əldə edilib. Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının yaradılması da bu fəaliyyətin uğurlu nəticəsidir. Azərbaycanın türkdilli ölkələrlə yaxşı əlaqələri mövcuddur. Amma biz bütün türkdilli ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə maraqlıyıq. Bütün türk dövlətlərinin strateji müttəfiqliyə qədər yüksəlməsi önəmlidir. Nəzərə alsaq ki, Mərkəzi Asiyada yerələşən türkdilli ölkələr də təbii sərvətlərə malikdir və onlar türk birliyini gücləndirmək üçün vahid enerji layihələrini həyata keçirə bilər. Bununla da, dünyada türkdilli ölkələrdən ibarət yeni bir güc mərkəzi formalaşması reallığa çevriləcək. Hesab edirəm ki, bu hədəflərə çatmaq üçün türk dövlətləri öz səylərini daha da gücləndirəcək» - deyə, deputat qeyd edib.