YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan daim beynəlxalq miqyasda cərəyan edən proseslərə öz müsbət töhfələr verməyə çalışır

«Azərbaycan daim beynəlxalq miqyasda cərəyan edən proseslərə öz müsbət töhfələr verməyə çalışır. Respublikamız qlobal miqyasda sülhyaratma missiyalarında, terrorizmə qarşı birgə mübarizə tədbirlərində fəal şəkildə iştirak edir». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnməklə daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri irəli sürür. Onun sözlərinə görə, son illərdə Azərbaycanın humanitar və mədəniyyətlərarası dialoq forumlarına, beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməsi bir ənənə halını alıb.

«Bütün bunlar beynəlxalq səviyyədə respublikamıza olan yüksək inamın təzahürüdür. Təsadüfi deyil ki, qlobal miqyasda Azərbaycanın dostlarının sayı getdikcə artır və ölkəmizin dünyanın əksər dövlətləri ilə diplomatik münasibətləri, iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycanın xarici siyasət kursunda regional əməkdaşlıq platformalarının yaradılmasına və praktiki müstəvidə onların səmərəli fəaliyyətinin təmin edilməsinə göstərdiyi səyləri xüsusi qeyd etmək lazımdır. Bu gün Azərbaycan regionda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir və bundan bütün tərəflər fayda götürür»-deyə , S.Fətəliyeva vurğulayıb.