YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərid Cəfərov: Azərbaycanda gənclər yeniliklər etmək, inkişafa töhfə vermək qüdrətinə malikdir

«Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclər yeniliklər etmək, inkişafa töhfə vermək qüdrətinə malikdirlər». Bu fikri Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

F.Cəfərov bildirib ki, dövlət qurumlarının üzərinə düşən əsas vəzifə gənclər üçün bu potensialı reallaşdırmağa şərait yaratmaqdır. Bu gün Azərbaycan xalqı da, dövləti də gəncləri ilə fəxr edə bilər.

«Çünki gənclərimiz yüksək səviyyəli mütəxəssislər kimi iqtisadiyyatımıza töhfə verirlər, beynəlxalq idman yarışlarında üçrəngli Azərbaycan bayrağını qaldırır, himnimizi səsləndirir, ən əsası da ölkəmizin ərazi bütövlüyünün bərpası, sərhədlərimizin toxunulmazlığı və işğal altındakı torpaqlarımızın düşməndən azad olunması uğrunda yüksək fədakarlıq nümayiş etdirirlər»-deyə, icraçı direktor vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv