YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistan suriyalı ermənilərini işğal olunmuş ərzilərimizdə yerləşdirməyə cəhd göstərməklə vəziyyəti gərginləşdirməyə çalışır

«Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinə suriyalı erməniləri yerləşdirməklə beynəlxalq hüququ kobud surətdə pozur». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistanın bu cəhdinə qarşı beynəlxalq birlik öz münasibətini göstərməlidir. Onun sözlərinə görə, erməni əsilli suriyalı qaçqınların Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsi siyasəti Cenevrə konvensiyalarından irəli gələn öhdəliklərin kobud şəkildə pozulmasıdır.

«Ermənistan işğal olunmuş ərazilərimizdə coğrafi adların dəyişdirir, torpaqları yandırır. Bu  qanunazidd fəaliyyətdir. Yəni, Ermənistan açıq şəkildə təcavüzkar siyasət yürüdür.  Azərbaycan rəsmi şəkildə qarşı tərəfin bu əməlləri barədə beynəlxalq birliyi məlumatlandırır. Müvafiq beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ölçü götürməlidir. Əks halda, işğalçı tərəf yenə də Azərbaycan ordusunun gücü ilə qarşılaşacaq. Ermənistan Cənubi Qafqazın ən zəif ölkəsidir, Ermənistan iqtisadiyyatının vəziyyəti isə acınacaqlıdır. Öz vətəndaşlarını sosial cəhətdən təmin edə bilməyən Ermənistan hakimiyyəti suriyalı ermənilərini işğal olunmuş ərzilərimizdə yerləşdirməyə cəhd göstərməklə vəziyyəti gərginləşdirməyə çalışır. Məqsəd işğal siysətini mümkün qədər uzatmaqdır»-deyə, deputat qeyd edib.