YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov avqustun 23-də Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi-texniki sahələrdə əməkdaşlığın vəziyyətini müzakirə olunub.

Daha sonra general-polkovnik N.Sadıkov Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisəni ziyarət edərək, bir sıra görüşlər keçirib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti bu ölkənin hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə maraqlanıb.