YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Məmmədov: İstehsalın və ixracın dəstəklənməsi məqsədilə kompleks və ardıcıl tədbirlər həyata keçirilir

«Ölkəmizdə  istehsalın və ixracın dəstəklənməsi məqsədilə kompleks və ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə yeni mexanizmlər tətbiq olunur». Bu fikirləri iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

R.Məmmədov bildirib ki, sahibkarlığın dəstəklənməsi, istehsal və ixrac sahəsində koordinasiyalı və sistemli tədbirlərin davam etdirilməsi üçün 2016-cı ildən etibarən yerli istehsalçıların və ixracatçıların 15 assosiasiyası yaradılıb. «İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yaradılmış bu assosiasiyalar meyvə-tərəvəz, nar, fındıq, şərab, çay, bal, mebel, tikinti və s. yerli məhsulların xarici bazarlara çıxarılması və satışının təmin olunması, ixrac potensialının artırılmasında əhəmiyyətli rol oynayır. Mütəmadi olaraq assosiasiyaların iclasları keçirilir, onlarla müvafiq sahələrin inkişafına dair müzakirələr aparılır, görüşlər təşkil olunur. Assosiasiyalar ölkəmizdə və xaricdə keçirilən bir sıra sərgilərdə də iştirak edirlər. Müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların müvafiq assosiasiyalarda birləşməsinə dəstək davam etdiriləcək»-deyə, nazir müavini vurğulayıb.