YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Azərbaycanın növbəti dəfə mötəbər beyənlxalq tədbirə ev sahibliyi etməsi mühüm hadisədir

«Azərbaycanın növbəti dəfə mötəbər beyənlxalq tədbirə ev sahibliyi etməsi mühüm hadisədir». Bu fikri Milli Məclisin deputatı Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, IV Bakı Beynəlxalq Humanitar Forumu özünün nüfuzu ilə xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dünya miqyasında böyük imicə malik olan şəxslərin bu forumda iştirakı bunu deməyə əsas verir.

«Forumda müzakirə olunan məsələlər də diqqəti cəlb edir. Burada dünyada movcud olan problemlər və onların həlli yolları haqda dəyərli fikirlər səsləndirilir. Hesab edirəm ki, bu platforma qlobal məsələlərin müzakirəsi baxımından ən uğurlu modeldir»- deyə, deputat qeyd edib.

    

DİGƏR Xəbərlər Arxiv