YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır

«Ermənistanın yeni hakimiyyəti həqiqətən də, sülh tərəfdarıdırsa, o zaman Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını çıxarmalı və öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın evlərinə qayıtması təmin edilməlidir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Onun sözlərinə görə, ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tələb edir.

«Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir, eləcə də bir çox beynəlxalq təşkilatlar münaqişənin məhz beynəlxalq hüquq normaları, o cümlədən ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini bəyan ediblər. İşğalçı Ermənistan bu zamana qədər bütün çağırışlara qeyri-konstruktiv reaksiya verib, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə məhəl qoymayıb. Şübhəsiz ki, Nikol Paşinyan da bu reallıqları yaxşı bilir. Belə olan halda, əgər o, həqiqətən də sülh istəyirsə, ilk növbədə Ermənistanın işğalçı siyasətə və təcavüzkar iddialara son qoymalı olduğunu dərk etməlidir»-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv