YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixail Boçarnikov: Bizim məqsədimiz Qarabağ münaqişəsi tərəflərinin razılığa gəlməsinə dəstək verməkdir

Bizim rəsmi mövqeyimiz yaxşı məlumdur. Biz Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk qrupu prizmasından baxırıq. Rusiya bu qrupun həmsədridir. Məqsədimiz münaqişə tərəflərinin razılığa gəlmələri üçün onlara dəstək verməkdir.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu sözləri avqustun 20-də keçirilmiş mətbuat konfransında söyləyib.

Diplomat qeyd edib ki, hazırda danışıqlar prosesində bir qədər irəliləyiş müşahidə olunur: tərəflər bir-biri ilə tanış olur.