YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Humanitar Forum dünyada sülhsevər insanları bir masa arxasına gətirib

«Humanitar Forum dünyada sülhsevər insanları bir masa arxasına gətirib». Bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti Akif Əlizadə deyib.

A. Əlizadə bildirib ki, humanitar istiqamətdə dialoqların genişlənməsinə, multikulturalizm dialoqun genişlənməsini ortaya qoyub. Onun sözlərinə görə, 20 ildən artıqdır ki, Azərbaycan elmi qeyri-hüquqi bir formada yaşayır. Ona görə çox vacibdir ki, hüquqi məsələlər elmimizdə, ən əsası elmi-təşkilatı problemlərdə olduqca böyük yardım göstərir”. 

«Gənclərin elmə marağını artırmaq üçün noyabrın 10-da ilk dəfə olaraq Bakıda Elm Festivalı keçirmək niyyətindəyik. Bu haqda da qərar qəbul olunub. Mən hesab edirəm ki, gənclərin elmə marağını artırmaq üçün müxtəlif addımlar atılmalıdır. Elm Festivalı bu istiqamətdə çox irəli baxış təşkil edən bir addımdır»- deyə, AMEA prezidenti vurğulayıb.