YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Prezidenti xanım Pak Kın Heyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə bu ölkənin  milli bayramı – Dövlətin yaranması günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Ümidvaram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq münasibətlərinin daim möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə inkişafı istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza isə daim əmin-amanlıq və rifah arzulayıram.”


 

 

DİGƏR Xəbərlər Arxiv