YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə başlanıb

Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarına uyğun olaraq, paytaxtın bütün rayonlarında sosial əhəmiyyətli, sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanıb.

Məlumata görə, ilk növbədə çoxmənzilli yaşayış binalarının girişlərinin, ümumi istifadə yerlərinin, fasadların təmiri, yeni “Abad həyət” və məhəllələrin, burada vətəndaşların istirahəti üçün müvafiq şəraitin yaradılması işləri aparılır. Əsas məqsəd paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirməkdir.

Görülən işlərə nəzarət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

DİGƏR Xəbərlər Arxiv