YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Beynəlxalq Humanitar Forum Azərbaycanın dünyada daha yaxşı tanınması üçün geniş imkandır

«Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu mənada Beynəlxalq Humanitar Forumun ölkəmizdə keçirilməsi də ənənə halını alıb». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, beynəlxalq arenada Azərbaycanın rolu güclənir. Onun sözlərinə görə, Azərbaycan Şərqlə Qərbin, sivilizasiyaların  qovuşuğunda yerləşdiyi üçün bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi tamamilə məntiqəuyğundur.

«Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Bu gün öz işinə başlayan IV Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın qonağın iştirak etməsi ölkəmizin nüfuzunun göstəricisidir. Şübhəsiz ki, Forumda müzakirə olunan məsələlər qlobal müstəvidə mövcud olan problemlərin həllinə öz töhfəsini verəcək. Çünki bu forum dünyanın nüfuzlu şəxslərinin toplaşdığı bir platformadır. Eyni zamanda, bu mötəbər tədbir Azərbaycanın dünyada daha yaxşı tanınması üçün geniş imkandır»- deyə,  K.Əliyeva qeyd edib.