YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cocuq Mərcanlıda 25 nəfər özünüməşğulluq proqramına cəlb olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilən və aztəminatlı ailələrin sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramı Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini də əhatə edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Cocuq Mərcanlı kəndində müraciət edən şəxslərdən müvafiq potensiallara malik 25 nəfər özünüməşğulluq proqramına cəlb olunub. İlkin mərhələdə onlar üçün kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara yiyələnmələri məqsədilə iki qrup üzrə təlim kursları təşkil edilib.

Qruplardan biri üzrə 13 nəfər artıq kursu başa vurub, təqdim etdikləri biznes-planları qiymətləndirmə zamanı müsbət dəyərləndirilib. Bu biznes-planların böyük əksəriyyəti kənd təsərrüfatı sahələri üzrə kiçik ailə təsərrüfatlarının yaradılmasını nəzərdə tutur.

Digər qrup üzrə 12 nəfərin təlim prosesi isə davam edir.

Təlim kurslarını başa vuranların uğurlu hesab edilən biznes-planları üzrə kənddə kiçik ailə təsərrüfatlarının yaradılması, məşğulluq imkanlarının artırılması, nəticə etibarilə burada kiçik sahibkarlığın inkişafının dəstəklənməsi məqsədilə yaxın vaxtlarda aktivlərlə (mal və materiallarla) təminatın həyata keçirilməsinə başlanacaq.