YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının açılış mərasimində iştirak edib

Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyulun 28-də Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılıblar.

Bundan əlavə, hərbçilərimiz İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edirlər.