YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Kambocada keçirilən parlament seçkilərini müşahidə etmək üçün rəsmi səfərə gedib

Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri,  Milli Məclisin deputatı Sevinc Fətəliyeva  iyulun 27-dən Kambocada keçirilən parlament seçkilərini  müşahidə etmək üçün rəsmi  səfərdədir. Qeyd edək ki, parlament  seçkiləri iyulun 29-da keçiriləcək . Sevinc Fətəliyeva müşahidə missiyasını Mərkəzçi Demokratik İnternasionalın tərkibində Yeni Azərbaycan Partiyasını təmsilən iştirak edir. Eyni zamanda səfər çərçivəsində şöbə müdiri  “Kambocada siyasi vəziyyət və milli seçki prossesi” mövzusunda keçirilən brifinqdə iştirak etmiş, ölkənin baş naziri, senatın prezidenti, daxili işlər naziri və siyasi partiyaların nümayəndələri ilə  görüşərək  fikir mübadiləsi aparmışdır.

Səfər 30 iyul  tarixində başa çatır.