YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Aleq Levinski: YAP Gənclər Birliyi ilə əməkdaşlığımız getdikcə dərinləşir və inkişaf edir

«Artıq bir ildir ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə müxtəlif sahələrdə əməkdaşlığımız mövcuddur. Təbii ki, bu əməkdaşlıq getdikcə dərinləşir və inkişaf edir».  Bu fikirləri Bakıda səfərdə olan “İsrail Bizim Evimizdir” Partiyasının gənclər təşkilatının sədri Aleq Levinski deyib.

A.Levinski Bakıya YAP Gənclər Birliyinin dəvəti ilə gəldiklərini bildirib. Onun sözlərinə görə, bir müddət öncə YAP GB-nın nümayəndə heyəti də qarşılıqlı olaraq İsraildə olublar.

«Əməkdaşlığımızın əsas istiqamətlərindən biri ondan ibarətdir ki, gənclərimiz arasında xoş, sülhsevər və dost münasibətləri yaransın. Bununla belə, çalışırıq ki, iki ölkənin gəncləri bir-birləri, eləcə də mədəniyyətləri və tarixləri ilə daha yaxından tanış olsunlar. Həmçinin, gələcəkdə iki ölkənin gəncləri arasında daha prespektivli sahələr üzrə xüsusilə, təhsil sahəsində qarşılıqlı işlər görüləcək»- deyə, qonaq vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv