YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tbilisidə Cənubi Qafqaz regionunda medianın inkişafına həsr olunan beynəlxalq konfrans keçirilir

Tbilisidə ATƏT-in Media Azadlıqları Ofisinin təşkilatçılığı və Almaniya hökumətinin maliyyə dəstəyi ilə "Cənubi Qafqaz regionunda media azadlığı" adlı beynəlxalq konfrans keçirilir.

İki gün davam edəcək konfransda əsasən media azadlığının əsas prinsipləri, bu sahədə qarşıda duran əsas vəzifələr, jurnalistlərin təhlükəsizliyi, jurnalist etikası, cəmiyyətə dəqiq, qərəzsiz və dolğun informasiyaların çatdırılmasında jurnalistlərin üzərinə düşən vəzifələr və s. məsələlər müzakirə olunacaq.

Tədbirdə iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib ki, konfransda ölkəmizdə media azadlığı, KİV-lərin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat veriləcək.

Bundan başqa, konfransda mətbuat azadlığından sui-istifadə halları, media azadlığı pərdəsi arxasında ATƏT-ə üz dövlətlərə, o cümlədən Azərbaycana qarşı qərəzli kampaniyaların aparılması məsələləri diqqət mərkəzində olacaq.

Konfransda Azərbaycan, Gürcüstan, Ermənistan və digər ölkələrin dövlət və hökumət rəsmiləri, deputatlar, media nümayəndələri iştirak edirlər.