YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yarım ildə BTC ilə 16,5 milyon ton neft göndərilib

İlin birinci yarısında Azərbaycandakı magistral neft kəmərləri ilə 20 milyon 340,3 min ton neft nəql olunub. Nəqletmənin 81,4 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 16 milyon 552 min ton neft ötürülüb. Altı ayda BTC ilə 3 milyon 220,5 min ton tranzit neft də nəql edilib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.